AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto


03.04.2018  14:02 

Bəzi dönərlər ölü insan ətindən hazırlanır? - XƏBƏRDARLIQ





A+  A-

Azərbaycan dövlətinin əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi insan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində ciddi rol oynayır və milli genefondun qorunmasında, sağlam nəslin yetişdirilməsində əsas amillərdəndir.
Qida Təhlükəsizliyi Agnetliyindən (QTA) XəzərNews.az-a verilən məlumata görə, son zamanlar mətbuat orqanlarında müxtəlif növ qida məhsulları haqqında heç bir elmi mənbəyə, fakta, ciddi araşdırmaya söykənməyən, vətəndaşlar arasında birmənalı qarşılanmayan məsuliyyətsiz açıqlamaların verilməsi, yazıların paylaşılması geniş vüsət alıb.

Qida Təhlükəsizliyi Agentliyi:

“Həmin materiallarda əhalinin çox istifadə etdiyi qida məhsullarından biri olan dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddia edilir. Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır.

Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin ölü insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər.

Qida Təhlükəsizliyi Agentliyi hüquq mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız materialları yayan şəxslərin barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir.

Əziz həmvətənlər,

Nəzərinizə çatdırmaq istəyirik ki, Qida Təhlükəsizliyi Agentliyinə mənşəyi məlum olmayan qida məhsulları, o cümlədən dönərlə bağlı rəsmi şikayət daxil olmayıb.

Fürsətdən istifadə edərək, bir daha nəzərinizə çatdırırıq ki, tək dönərlə deyil, ümumiyyətlə, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşdıqda, dərhal həmin qida məhsulunun istehsal olunduğu müəssisənin hüquqi ünvanı və ya qida məhsulunun satışının həyata keçirildiyi satış nöqtəsi barədə Qida Təhlükəsizliyi Agentliyinin (012) 377-00-77 telefon nömrəsinə zəng vuraraq, yaxud rəsmi müraciət edərək məlumat verə bilərsiniz”.

Xəbər 1556 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +