Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


09.03.2025  01:06 

DSMF-nin vəzifəli şəxsi maşınla adam öldürdü -RƏSMİ





A+  A-

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə piyadanı vurub.

Xəzərnews.az xəbər verir ki, bu barədə DSMF-nin ictimaiyyətlə əlaqələr depratamentinin rəhbəri Rəşad Mehdili məlumat yayıb.

O, "Feysbuk" profilində yazıb: "Bu gün (dünən - red.) Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törətmişdir".

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Xəbər 2541 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +