Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?


30.08.2023  20:16 

Kəmaləddin Heydərovun ailə üzvlərinə aid “Gilan Holding” ləğv edildi





A+  A-

Bu ilin iyul ayında “Gilan Holding” MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd olunub ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ötən ay MMC-nin adı dəyişdirilsə də, hüquqi ünvanında heç bir dəyişiklik baş verməyib. Şirkət əvvəllər olduğu kimi yenə də Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh., 466-da yerləşir.

Onu da bildirək ki, uzun müddətdir “Gilan Holding” MMC-yə Muradov Cəmil Tahir oğlu rəhbərlik edib. Ötən il Cəmil Muradovu Hüseynov Mübariz Əhmədağa oğlu əvəzləyib.

Şirkətin nizamnamə kapitalı isə 98,5 milyon manatdan 100 manta kimi azaldılıb.

Məlumat üçün onu da bildirək ki, vaxtı ilə “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvləri rəhbərlik ediblər. “Gilan Holdinq”ə bağlı şirkətlər ölkədə Kəmaləddin Heydərovun şirkətləri kimi tanınıb. Cəmil Muradovun da Kəmaləddin Heydərovun xalası oğlu olduğu bildirilir.

Xatırladaq ki, son zamanlar Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan onlarla şirkət ləğv olunaraq digər şirkətlərə qoşulublar. Ləğv olunan şirkətlərin əksəriyyəti “Paşa Holdinq”ə bağlı olan şirkətlərə birləşib./Yeniavaz.com


Xəbər 3321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +