Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


16.06.2022  17:16 

Prezidentin qlobal ərzaq böhranı ilə bağlı söylədikləri... - Şərh





A+  A-

Prezident İlham Əliyevin “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı ərzaq böhranı ilə bağlı açıqlaması iqtisadçı ekspertlər tərəfindən müzakirələrə səbəb olub.

XəzərNews.az iqtisadçı Eldəniz Əmirovun bu barədə şərhini təqdim edir:

Cənab Prezidentin qlobal ərzaq böhranı ilə bağlı söylədikləri əbəs deyil. Adətən ərzaq təhlükəsizliyini tam təmin etmək istəyən bütün dövlətlərin, eləcə də Azərbaycanın tam iki yol vardı. Bacardığını özü istehsal edir, istehsal edə bilmədiyini xaricdən idxal edir.

Bu günə qədər bütün ölkələrdə ən geniş yayılmış üsul da elə bu üsul idi.

Amma indi vəziyyət dəyişib.

Əvvəlki vaxtlarda ölkələrin problemi pul problemi idi. İndi daha pis, daha ciddi problem yaranıb. Pul olsa belə lazım olan ərzaq məhsullarını əldə etmək ciddi problemə çevrilib.

Siyasətçı və iqtisadçılar bu problemə “qlobal ərzaq böhranı” deyir.

Əgər ehtiyat valyutamız olduğu halda almağa məhsul problemi yaşayırıqsa, onda çıxış yolu öz istehsalımızı dərhal yaratmaqdır. Həm də bu məsələ son dərəcə aktual və yeganədir.

Ərzaq təhlükəsizliyini təmin edə biləcək istehsalı yaratmaq isə hazırkı məqamda çox çətindir, amma qeyri-mümkün deyil. Bunun üçün düşünülmüş, çox ciddi qərarlar verilməlidir.

Torpaqların təyinat məsələsinə elmi əsaslandırma ilə yenidən baxılmalıdır. Kənd təsərrüfatı sahələrində əkin sahələrinə dair fərqli strateji yananaşma olmalıdır. Elə kənd təsərrüfatı sahələri vardır ki, onlar bu və ya digər istiqamətlər üzrə faydalı olsa da, amma ərzaq təhlükəsizliyində birbaşa fayda verə bilmir. Məsələn, pambıqçılıq təsərrüfatlarının yaradılması üçün kifayət qədər torpaq resursları və su resursları sərf edilir, lakin pambıq ölkənin ərzaq təhlükəsizliyində birbaşa rola malik deyildir. Amma bu işə ciddi həcmdə torpaq resursları sərf edilir. Belə torpaq resurslarını ərzaq təhlükəsizliyimizdə birbaşa iştirak edən məhsulların istehsalına yönəltməliyik. Hansı ki bu məhsulları idxal etmək ciddi bir problemdir (satan yoxdur).

Bir sözlə, hazırda ərzaq təhlükəsizliyimiz üçün ən vacib addım torpaqların təyinatı haqqında yenidən düşünməkdən başlamalıdır.


Xəbər 3170 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +