Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


03.05.2021  11:06 

Azərbaycanla Türkiyə arasında daha bir işçi qrup yaradıldı





A+  A-

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Birliyinin (UND) gələcək əməkdaşlığa dair birgə onlayn konfransı keçirilib.
DANX-dan XəzərNews.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan DANX-ın rəisi Həbib Həsənov Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə iştirakçılara məlumat verib və gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.

ABADA-nın Baş katibinin müavini Kənan Qurbanov iki ölkə arasındakı daşımalara dair son statistik göstəriciləri tədbir iştirakçılarına təqdim edib. Həmin göstəricilərin ötən illərlə müqayisəli təhlili aparılıb.

UND-un İdarə Heyətinin sədri Çətin Nuhoğlu beynəlxalq daşımalarda iştirak edən sürücülərin təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Proqram çərçivəsində mütəmadi görüşlərin keçirilməsi və müzakirələrin aparılmasının təşkili və tənzimlənməsi məqsədilə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Tədbirin yekununda iki ölkə arasında daşımalara dair gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün ABADA və UND arasında təhsil sahəsində təcrübə mübadiləsinə dair razılaşma əldə edilib.

Xəbər 4209 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +