Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


08.05.2019  14:56 

Bakı-Ankara qatarında biletin qiyməti açıqlandı





A+  A-

Bakı-Ankara qatarı avqust ayında səfərə başlayacaq.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Türkiyə Dəmir Yolları məlumat yayıb.

Məlumata görə, "Azərbaycan Dəmir Yolları" bu marşrut üzrə "Stadler" şirkətindən aldığı qatarları həftədə 1 dəfə reysə buraxacaq.

Bir müddət əvvəl Ankara-Bakı səfərinin müddətinin 38 saat olacağı elan edilmişdi. Bu günə qədər yük qatarlarının təcrübəsi və sərhəd keçidini nəzərə alaraq vaxtın 40 saatdan çox olacağı güman edilir.

Kupelərin tipindən asılı olaraq qatar biletlərinin qiyməti 96 - 220 AZN (350-800 TL) arasında olacaq. 246 sərnişin eyni zamanda səyahət edə biləcəyi qatarın yemək vaqonu 28 nəfərlik tutuma malikdir.

Qeyd edək ki, Bakı-Tiblisi-Qars istiqmaətində hərəkət edəcək sərnişin qatarları “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunub. Mart ayında artıq 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir.

Xəbər 3380 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +