Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


14.11.2018  15:46 

“Nəsimi” bazarı sökülür





A+  A-

Bakıda "Nəsimi" bazarı və ətrafındakı bir və ikimərtəbəli evlər söküləcək.
XəzərNews.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında bazarın ərazisində tikinti işləri aparacaq şirkətin hüquqşünası Mahir Qarayev bildirib.

Onun sözlərinə görə, bazarın ərazisi "Pilot layihə"yə salınıb:

"Sözügedən ərazi və ətrafındakı birmərtəbəli və ikimərtəbəli binalar söküləcək. Kvartalda dörd bina olacaq. Bazarın rəhbərliyi ilə ilkin danışıqlar aparılıb. Hazırda son danışıqlar gedir.

"Nəsimi" bazarının söküntüsünə şifahi razılıq verilib. Yaxın günlərdə rəsmi şəkildə təsdiqlənəcək. Bazarın söküntü işlərinə isə gələn ilin əvvəllərindən başlanacaq".

Mahir Qarayev qeyd edib ki, bazar müasir standartlara cavab vermir:

"Bazarın yerində 18 mərtəbəli yaşayış binası tikiləcək. Yaşayış binasının ilk üç mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərəcək. Birinci mərtəbədə bazar, ikinci mərtəbədə alış-veriş, üçüncü mərtəbədə isə əyləncə mərkəzi olacaq. Bazarda çalışan satıcılar üçün yerlər təklif ediləcək".

Qeyd edək ki, "Nəsimi" bazarında hazırda 80-ə yaxın satıcı çalışır.

Xəbər 3572 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +