Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


23.11.2017  12:48 

FED-in faiz artımına gedəcəyi DƏQİQLƏŞDİ





A+  A-

ABŞ Mərkəzi Bankı FED-in pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) keçirdiyi toplantının protokollarına görə, dekabrda faiz artımına gediləcəyi qətiləşib.
İqtisadçı Natiq Cəfərli XəzərNews.az-a protokollardan FED-in dekabr toplantısında faiz artımına gedəcəyinin dəqiq olduğunu bildirib:

“Əslində faiz artımı qərarı verilib, sadəcə onun rəsmiləşdirilməsi qalıb. Bu rəsmiləşdirməyə mane olacaq yeganə məsələ fövqəladə hadisənin baş verməsidir. Çox böyük ehtimalla faiz artımına gediləcək. Daha maraqlı fakt ondan ibarətdir ki, faiz artımı 2018-ci ildə də davam edəcək”.

Ekspert deyib ki, dekabr toplantısında faiz artımı 0,25 faiz olacaq:

“Bu dünyada birbaşa dollar indeksinə təsir edəcək amillərdəndir. Çünki dollar indeksi FED-in faiz dərəcəsindən çox asılıdır. Bu dəyişiklik dünyada az da olsa dolların bahalaşmasına səbəb olacaq. Artıq dünya birjaları faiz artımı olacağını həzm edib. Amma ən böyük gözlənti gələn illə bağlıdır. 2018-ci ildə hər 3 aydan bir 3 dəfə faiz artımı olarsa, dollar indeksinin daha ciddi bahalaşmasına gətirib çıxaracaq”.

Azərbaycana təsirlərinə gəldikdə, iqtisadçı qonşu ölkələrdə baş verən proseslərin, məzənnələrin dəyişməsinin Azərbaycana da təsir edəcəyini qeyd edib:

“Amma ölkəmizdə məzənnə daha çox inzibati amillərlə tənzimləndiyindən, bir müddət sonra birbaşa olmasa da, dolayı təsirləri hiss ediləcək”.

Xəbər 3306 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +