Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


13.11.2017  19:17 

Azərbaycana gələn əcnəbilərin sayı 20 faiz artıb





A+  A-

10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20.1% artıb.
Mədəniyyət və Turizm Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bu ilin 10 ayı ərzində Azərbaycana 2 276 604 nəfər xarici ölkə vətəndaşı gəlib. Onlardan 727 577 Rusiya, 439 305 Gürcüstan, 320 904 İran, 249 210 Türkiyə, 81 742 Birləşmiş Ərəb Əmirlikləri , 54 242 İraq, 49 809 Ukrayna, 31 821 Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.

Bu dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 19.2 faiz, 14 faiz və 10.9 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il İrandan 115 782, BƏƏ-dən 42 811, Rusiyadan 96 040 nəfər daha çox şəxs gəlib.

2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 894 707 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Azərbaycana 381 807 (20.1%) nəfər çox xarici vətəndaş gəlib.

Xəbər 3365 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +