Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


23.09.2021  22:24 

Cahillərin davranışından utanmamalısınız...





A+  A-

"Valideynlərdən xeyli şikayət var. Mənim bağçamda belə anormal uşaqlara yer yoxdur, aparın xüsusi təyinatlı bağçaya verin! Başa düşün ki, bağçamda belə uşaq saxlaya bilmərəm!”

Uşağın sənədlərini kobudcasına qoltuğuma dürtür. Bir kəlmə söz deməyə imkan vermədən çölə sarı açılan qapını itələyir: "Əzizim, məni düzgün başa düş. İstəmirəm bağçamın adına xələl gəlsin. Mənim bağçam prestijlidir. Məktəbə ağıllı, tərbiyəli, özünü apara bilən uşaqlar göndərirəm burdan. Sizinkisə...”

İnsanı dəhşətə salan an

Yazıçı Xanım Aydının "Sərçə” hekayəsindən götürmüşəm dəhşətli abzası. Elə bilməyin ki, yazıçı uydurmasıdır. Yox, daun sindromlu övlad anasının cəmiyyətdə üzləşdiyi dəhşətli çətinliyin bir anıdır. Cəmisi bir anı. Amma insanı dəhşətə salan an. "İlahi, cəmiyyətdə necə nadanlar varmış” deməyə bilmirsən. Uşaqların tərbiyəsi ilə məşğul olan, guya cəmiyyətimiz üçün sağlam nəsil yetişdirməli olan bir müəllim, bağça direktoru belə düşünürsə, indi görün...

Gördülərsə, anlamalı idilər bu həqiqəti

"Kaspi” qəzetinin "Gənclik” əlavəsinin əməkdaşları fiziki məhdudiyyətli, amma olduqca uğurlu karyera qura bilmiş bir gəncdən müsahibə almışdılar. O gəncin anası deyirdi ki, övladımla yol gedəndə qulağını çəkən, "Allah iraq etsin” deyən "insanları” gördükcə o qədər sıxılmışam ki... Bilmirəm, Tokioda keçirilən paralimpiya oyunlarda tufan qopardan o uşaqları həmin bağça direktoru, qulağını çəkən valideynlər gördümü? Gördülərsə, anlamalı idilər bu həqiqəti: fiziki məhdudiyyətli uşaq görəndə qulağını çəkənlərin övladları kimlərəsə qollarının zorunu göstərəndə, görərkən "Allah iraq etsin” dedikləri uşaqlar qollarının qüvvəti, beyinlərinin zəkası, ürəklərinin təpəri ilə dünya rekordu vururdular, Vətənə şöhrət gətirirdilər Tokioda. Bunu qazanmağın nə qədər çətin olduğunu təsəvvür etmək də çətindir nadanlar, cahillər üçün. Onun ağırlığı altında əzilərlər, sınarlar.

Onlara deyilməlidir ki...

Görün Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov nə deyir: "Çətinlik ondadır ki, valideynlər özlərinin fiziki məhdudiyyətli uşaqlarına görə utanırlar. Bir çoxları onları cəmiyyətdən gizlədir. Yəni bu uşaqlar ömürlərinin sonuna qədər dörd divar arasında yaşamağa məhkumdur”. Cəmiyyətdə nadanlığa, cahilliyə qarşı həmişə maarifləndirmə işi aparılmalıdır. Amma bütün hallarda cəmiyyət nadanlardan, cahillərdən xali olmayacaq. Ona görə də, əsas maarifləndirmə işi fiziki məhdudiyyətli uşaqları olan valideynlər arasında aparılmalıdır. Onlara deyilməlidir ki, siz cəmiyyətdəki nadanların, cahillərin davranışından utanmamalısınız. Utanmaq üçün heç bir səbəbiniz yoxdur. Evə qapatdığınız o uşaqlar gələcəyin çempionları, uğurlu iş, elm adamlarıdırlar. Lütfən, onları cəmiyyətdən gizlətməyin.

Natiq Muxtarlı


Xəbər 8159 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +