Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


02.10.2017  14:06 

Havalar soyudu, problem başladı - Hansı qurum qışa hazırdır?





A+  A-

Ölkə ərazisində havaların kəskin dəyişməsi istiliklə bağlı problemlər yaradıb. Odur ki, sosial şəbəkələrdə qazın təziqi ilə bağlı şikayətlər yer almağa başlayıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu məqamda payız-qış mövsümünə hazırlıqlarla bağlı məlumat almaq üçün “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb.

“Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəriqaz” İB-də artıq may ayından işlərin görülməsinə start verilib:

“Təlimlər planına əsasən cari ilin 8 ayında 25 939 uzunluğunda müxtəlif diametrli qaz boruları təmir edilib. Yeni qaz xətləri çəkilib. Tələbat artdıqca təbii qazın verilməsində artım olur. Qaz xətlərini birdən-birə yükləmək düzgün deyil. Ötən günlərə baxdıqda bugünkü gün qazın verilməsində 567 min kub-metr təbii artım var. Bu da son deyil, dediyim kimi, tələbat artdıqca, qazın təzyiqi artırılacaq.

Onu da qeyd edim ki, 2017-2018 illərin payız-qış mövsümünə hazırlıq bununla tamamlanmır. Qaz xətlərində təhlükə yarada biləcək hal müşahidə edildikdə borular yenilənir”.

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəhbəri Rafiq Əliyevin sözlərinə görə, qanunvericiliyə əsasən ölkədə Azəristiliyin verilməsi dağlıq rayonlarda noyabrın 1-dən, Bakı şəhəri və ətraf rayonlarda isə noyabrın 15-dən başlanması nəzərdə tutulur:

““Azəristilik” idarə, təşkilat, təhsil müəssisssi, səhiyyə və bu kimi qurumlarla müqavilə əsasında işləyir. Müqavilədə də il ərzində istilik müddəti 5 ay nəzərdə tutulub. Əgər hansısa bir təşkilat istilik mövsümünü uzatmaq və yaxud vaxtından əvvəl istiliyin verilməsini istəsə bizə yazılı müraciət etməlidir”

Xəbər 2644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +