Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar
Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI
Daha bir ölkə Qahirə sazişindən çıxdı
Prezident DTX ilə bağlı fərman imzaladı
Daha bir şadlıq sarayının vergi borcu üzə çıxdı
Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama
Ağır yol qəzası: Ölənlər var
4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb


30.10.2025  10:55 

Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü - FOTO





A+  A-

Bakıda fəaliyyət göstərən "German Hospital" yaxın günlərdə fəaliyyətini dayandıracaq.

XəzərNews.az bakupost.az-a istinadən xəbər verir ki, klinika sabiq Prezident Administrasiyasının rəhbəri, hazırda dövlət çevrilişinə cəhd və vətənə xəyanət ittihamları ilə istintaqa cəlb olunan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.

Məlumata görə, son aylar hospitalın fəaliyyəti ciddi şəkildə zəifləyib. Bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir.

Qeyd olunur ki, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb.

İlham Əliyevin biznes fəaliyyətinin araşdırıldığı, onunla bağlı maliyyə əməliyyatlarının yoxlanıldığı iddia edilir.

Bütün bunların fonunda "German Hospital"ın bağlanması qərarının siyasi və iqtisadi səbəblərlə bağlı olduğu ehtimal edilir.



Hospitalın rəsmi saytında (germanhospital.az) və sosial şəbəkə səhifələrində bağlanma ilə bağlı heç bir məlumat yerləşdirilməyib. Lakin artıq bəzi əlaqə nömrələrinin cavab vermədiyi, həkimlərin başqa klinikalara keçdiyi bildirilir.

Xatırladaq ki, "German Hospital" 2010-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayıb.

Klinika doğum, cərrahiyyə, LOR, qastroenterologiya və plastik-estetik xidmətlər üzrə tanınırdı.

İlham Əliyev uzun illər Azərbaycanda səhiyyə və tikinti biznesi ilə məşğul olmuşdu.

Onun adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən "German Hospital"ın təsis sənədlərində keçir.

Xəbər 610 dəfə oxunub.




21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +