Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


09.10.2017  13:57 

TANAP işində ilginc gəlişmə - Tikinti dayandırıldı





A+  A-

Türkiyədə TANAP layihəsinin inşası zamanı qədim dövrlərə aid məzarlar tapılıb.
XəzərNews.az "APA-Economics”ə istinadən xəbər verir ki, hadisə Kütahyanın Domaniç kəndinin ərazisində baş verib. Belə ki, tikinti zamanı aparılan qazıntı işləri çərçivəsində qədim Roma dövrünə aid məzarlar üzə çıxıb.

Tapıntılar Kütahya muzeyinə təhvil verilib.

TANAP rəsmiləri qazıntı işlərinin dayandırılması barədə qərar qəbul edib. Əvəzində arxeoloqlar qazıntılara başlayıblar.

Kütahya muzeyinin rəhbəri Metin Türktüzün bildirib ki, TANAP layihəsinin tikintisi çərçivəsində işlər olduqca ehtiyatlı şəkildə aparılır: "İndiyədək bu bölgədə bir çox bu cür tapıntılar üzə çıxıb. Arxeoloji qazıntılara rast gəlmə ehtimalı yüksək olduğuna görə, TANAP-ın tikintisi ehtiyatla aparılır”.

Xəbər 3776 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +