Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


07.09.2023  09:40 

Nikol Paşinyan nazirlərindən niyə narazıdır?





A+  A-

Ölkənin icra hakimiyyətində vəziyyət gərgin və həyəcanlıdır. Nikol Paşinyan nazirlərdən narazıdır və yaxın vaxtlarda hökumətdə çoxlu sayda işdən çıxarılma gözlənilir.

XəzərNews.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

“Biz yazmışdıq ki, diqqət İrəvan Şurasına seçkilərdən sonra vəzifəsini tərk edəcək ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və ətraf mühit naziri Akop Simidyandır. Lakin icra hakimiyyətində şişirdilmiş məlumatlara görə, Nikol Paşinyan bununla məhdudlaşmayacaq. Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın da vəzifələrindən getməsi planlaşdırılır.

Hökumətdə ixtisarlarla bağlı söz-söhbətlərə görə, gərgin vəziyyət yaranıb, nazirlər nəfəslərini tutub gözləyirlər ki, Paşinyanın növbəti hədəfi kim olacaq, vəzifəsi ilə kim vidalaşacaq? Paşinyan özü isə tələsmir. O, İrəvan Şurasına seçkiləri gözləyir, ondan sonra Nazirlər Kabinetində “təmizləmə”yə başlayacaq.

Bundan başqa, işdən çıxarılan nazirlərin dəyişdirilməsi məsələsi hələ də həllini tapmayıb. Sirr deyil ki, hazırda Paşinyanın demək olar ki, bütün komanda yoldaşları ilə münasibətləri gərgindir. O, heç kimə güvənmir və buna görə də yaxın vaxtlarda işdən çıxaracağı nazirlərə əvəzləyici tapmır”, - Joqovurd yazıb.

Xəbər 1345 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +