Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


28.08.2022  11:02 

“Həmişə onun arxasındayam“ - Qurban Qurbanov





A+  A-

Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Çexiyada "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları cavab oyununda səhvə yola verən oyunçunun hazırda dilxor olduğunu deyib.

XəzərNews.az xəbər verir ki o, bildirib ki, bu, onun məsuliyyətindən xəbər verir:

"Deməli, o insan işində məsuliyyətlidir və daha yaxşı olmaq, böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Hətta 10 illik nəticələrimin üzərindən xətt çəkə bilərlər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər".

Qurbanov bəzi ulduz futbolçuların da səhvlərə yol verdiyini bildirib: "Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək".

Qurbanov Məhəmmədəliyevin sosial şəbəkələrdəki paylaşımları ilə bağlı isə deyib: "Sosial şəbəkələrə girmirəm. Baxandan sonra paylaşımın qıcıqlandırıcı olub-olmadığını deyə bilərəm. Bəzən insan adi fikri hansı tərəfə yozmaq istəyirsə, yozur".

Xəbər 3461 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +