Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


29.11.2018  12:46 

Astarada canavar kəndə hücum çəkdi - Biri azyaşlı olmaqla 7 nəfər yaralandı





A+  A-

Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayıb. Bildirib ki, Zəngüləş kəndindəki hadisə gecə saatlarında baş verib. Bu zaman şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.

Analoji hadisə səhər saatlarında Şüvi kəndində baş verib. Kənd sakini Həbib Əlizadənin sözlərinə görə, bir neçə nəfəri yaralayan canavar daha sonra meşəyə qaçıb.

Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.

Xəbər 1630 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +