Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


28.11.2018  15:29 

Daha 240 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək





A+  A-

Daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.
Bu barədə XəzərNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirilib. F.Talıbovun sözlərinə görə, bu günədək artıq 608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclası keçirilib. İclasda dövlət başçısının şəhid ailələrinə növbəti xüsusi qayğısının göstəricisi olan 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanın icrası istiqamətində işlərin davam etdirildiyi bildirilib”.

Şöbə müdiri qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələrindən notarial qaydada qəbul edilən sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülür:

“Nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlər diqqətlə təhlil edildikdən sonra müvafiq qərar verilməsi üçün Komissiyaya təqdim olunur. İclasda işçi qrupunun təqdim olunmuş sənədlərlə bağlı məlumatı dinlənilib. Komissiya daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Beləliklə, bu günədək artıq 608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 473 şəhid hərbi qulluqçu üzrə 474 vərəsə də ödənişlə təmin olunub”.

Xəbər 1700 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +