Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


27.02.2018  16:09 

Oğlunun yasına qırmızı pencəkdə gedən Səməd - VİDEO





A+  A-

Xalq artisti Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanım “Xəzər maqazin”ə şok açıqlamalar verib.
XəzərNews.az xəbər verir ki, o, ailəsinin müğənninin indiki həyat yoldaşı İradə Səmədovaya görə dağıldığını bildirib:

“Mənim 16 yaşım var idi, o da əsgərlikdən yeni gəlmişdi. Qaçdıq, ailə qurduq. 9 ay sonra övladımız dünyaya gəldi. 5 il ailəli olmuşuq. Onun indiki xanımı o vaxtlar gəlib dedi ki, murdarçılıqdan məni azad et, sən gözəlsən, ər taparsan”.

Zərifə xanım Səməd Səmədovun oğlu ilə maraqlanmadığını deyib:

“Səməd, sənin vicdanına nə gəlib? Oğlumu atasının yanına göndərdim, qapını indiki xanımı açıb deyib ki, atan indi məşhurlaşıb deyə gəlmisən? Oğlum mənə qayıdıb dedi ki, ana, sən mənim başımı birinci dəfə yerə soxdun. Ona söylədim ki, atandır, eybi yoxdur. Oğlum da dedi ki, atam evdə idi, amma qapıya çıxmadı”.

O, oğlu Eminin bir müddət əvvəl öldüyünü söyləyib: “Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən 3 gün sonra yasa qırmızı pencəklə gəldi”.


Xəbər 2044 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +