Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


25.04.2025  19:45 

Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu





A+  A-

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub.

XəzərNews.az Baş Prokurorluğa istinadən xəbər verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nadirov Qoşqar Cabir oğlu, Rüstəmov Rəşad Aslan oğlu və Məmmədov Tural Bəhram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Xəbər 1817 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +