“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


28.08.2023  15:39 

“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”na yekun vurulub





A+  A-

Naftalan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan “QHT-lərin II İnkişaf və Mübadilə proqramı” başa çatıb.

XəzərNews.az xəbər verir ki, 3 gün ərzində təlimlərdə iştirak edən 90-a yaxın QHT təmsilçisi "Dataların yığılması və analizi", "Layihələrin hazırlanması və icra mərhələləri: “Logframe” - “Məntiqi çərçivə”nin hazırlanması və dizaynı”, “Layihə strategiyasının hazırlanması”, “Layihələrin monitorinqi və qiymətləndirilməsi" kimi mövzularda bilik və bacarıqlarını artırıblar, beynəlxalq istiqamətdə fəaliyyətin genişləndirməsi üçün “yol xəritəsi” ilə tanış olublar.

Təlimçilər - ADA Universitetinin dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov iştirakçılara yüksək motivasiya və fəallıq nümayiş etdirdikləri üçün təşəkkür ediblər.

Eyni zamanda təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək bildiriblər ki, əldə etdikləri bilik və bacarıqlar onlara daha səmərəli formada işlərini təşkil etməkdə güclü metodiki dəstək olacaq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi təlimləri uğurla başa vuran iştirakçılara sertifikatları təqdim edib.

Qeyd edək ki, “QHT-lərin I İnkişaf və Mübadilə proqramı” ötən il Mingəçevirdə keçirilmişdi. Ümumilikdə, bölgələrdə təşkil olunan bu proqramlarda 218 QHT iştirak edib.

Agentlik QHT-lərin inkişafı naminə dövlət dəstəyini regionların və ictimai birliklərin ehtiyaclarını nəzərə almaqla, bundan sonra da davam etdirəcək.










Xəbər 2891 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +