TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


20.10.2021  23:43 

Prezidentin son dərəcə məxfi saxlanan Türkiyə səfərini mətbuata kimlər sızdırmışdı?





A+  A-

Vətəndaş nədənsə narazı ola bilər, ona qarşı haqsızlıq da edilmiş ola bilər. Təbii, müvafiq qurumlar aydınlaşdırmalı, dinləməli və adekvat addımlar atmalıdırlar. Hər halda, intihar çıxış yolu deyil, heç məsləhət də deyil.

İntihar şousu isə çeynənmiş metoddur.

24 saat mühafizə edilən inzibati binada intihara cəhd etmək və bunu öncədən anons etmək, bəlkə də öncədən FHN-ə zəng etmək sadəcə diqqət çəkməkdir.

Pərdələr qalxdı, şou təqdim edildi və finiş...

Nəysə, ümid edirəm, bir də belə şoulara ehtiyac qalmaz.

İntəhası, hakimiyyətlə münasibətləri gərginləşən və yaxud gərginləşməsində maraqlı olan şəxslər, "ictimai fəallar" qonşuluqda yerləşən xəbis dövlətlər üçün hədəf ola bilərlər.

İmandan danışan imansızlar bu kimi məsələlərdə püxtələşiblər!

Xarici düşmənlərimiz üçün hədəf birdir-İlham Əliyev!

Onu nüfuzdan salmaq üçün zidd mövqelərdə olan qüvvələrin əməkdaşlığa başlaması mümkündür, hətta hiss edilir...

Bəs, xaricdə formalaşmış anti-Əliyev koalisiyasının daxildə havadarları kimlərdir?

Əli Kərimli?
Tofiq Yaqublu?
Qətiyyən!

Onların taqəti yoxdur, bunu bilən isə tək biz deyilik...

Müharibədən az əvvəl Azərbaycan Prezidentinin son dərəcə məxfi saxlanan Türkiyə səfərini İhlas Xəbər Agentliyinə kimlər sızdırmışdı?

Və bu səfər müharibə hazırlığı ilə bağli idi, amma anti-Əliyev qüvvələr mətbuata "İlham Əliyev Bodrumda tətil edir" başlığı ilə ötürmüşdülər...

Hansı ki, eyni zaman zərfində Paşinyan Şuşaya gəlmişdi və əlində qədəh halay çəkirdi...
Nəticə olaraq isə saniyələr ərzində cəmiyyətə bu fikir yeridildi ki, Ermənistan Baş Naziri

Şuşada "parad" keçirir, Azərbaycan Prezidenti isə Bodruma tətilə gedir.
Və gizli saxlanılan Bodrum səfərinin videosu özünü çox gözlətədi...
Bu qədər sinxronluq şübhəli deyilmi, sizcə?
Bodrumdakı görüşün detalları haqqında yazmağım bəlkə doğru deyil, sadəcə bunu deyim ki, birgünlük səfər tətil məqsədilə deyildi...

Sonradan xarici mətbuatda bu haqda oxudum...
Sonrakı dövrlərdə anti-Əliyev koalisiyası hansı əməllərə imza atdılar?

Arada yazaram.

Bəhruz Həsənov

Xəbər 2901 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +