Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bu sahələrdə də ƏDV-ni geri alacaqsız
Müsəlmanlarla bağlı yayılan xəbər tənqid olundu
Xarkovda atışma: 17 yaşlı qız ölüb
Əməkdar artist: Niyə mənə bir iş tapılmır?
General Zeynalova 28 səhifəlik ağır ittiham
Əməkdar artist Yadigar Muradov vəfat edib
TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir


06.03.2018  19:17 

Yeddi oğlanın oğurladığı tələbə DANIŞDI





A+  A-

"Bazar günündən evdəyəm. Oğlan evi məni qaçırıb, İsmayıllıda gizlətmişdi".
XəzərNews.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Ağcabədi rayonunda qaçırılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsi Sevinc Musayeva deyib.

Onun sözlərinə görə, hazırda evlərinə qayıdıb: “Evimiz polis nəzarətindədir”.

Sevin Musayevə necə xilas olduğundan da danışıb: “Oğlan evi məni İsmayıllıda gizlətmişdi, oradan da müxtəlif yerlərə aparırdılar. Gördüm məni ailəmə vermək fikirləri yoxdur. Bilirdim ki, valideynlərim narahatdır. Beynimə bir çıxış yolu gəldi. Onları aldatdım. Dedim ki, məni axtarırlar. Gedək polis şöbəsinə, orada izahat yazım ki, mən öz istəyimlə gəlmişəm. Onlar da mənə inandı. Polis şöbəsinə girəndə qışqırmağa başladım. Dedim ki, mən bu oğlanı istəmirəm, məni məcbur aparıblar, onunla ailə qurmaq istəmirəm. Məni xilas edin. Əgər məni onlara versəniz, özümü öldürəcəm. Bunu eşidən polis hadisəni araşdırdı, məni qaçıran oğlanı tutdular”.

Sevinc Musayeva bildirib ki, digər 6 nəfər də axtarışdadır: “Onlar da tutulandan sonra rahat nəfəs alacam və universitetdəki dərslərimə davam edəcəm. Dünən oğlanın ailəsi qapımıza gəlmişdi, amma polisə görə içəri girə bilmədilər. Orada olduğum 8 gün müddətində məni israrla bu izdivaca razı salmağa çalışırdılar. Amma bilirdilər ki, razı deyiləm”.

Qeyd edək ki, fevralın 22-də Ağcabədi rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsi Sevinc Musayeva qaçırılmışdı. Hadisə qız universitetdən evə qayıdarkən baş vermişdi. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb və qaçırıblar.

Xəbər 3178 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +