Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bu sahələrdə də ƏDV-ni geri alacaqsız
Müsəlmanlarla bağlı yayılan xəbər tənqid olundu
Xarkovda atışma: 17 yaşlı qız ölüb
Əməkdar artist: Niyə mənə bir iş tapılmır?
General Zeynalova 28 səhifəlik ağır ittiham
Əməkdar artist Yadigar Muradov vəfat edib
TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir


22.02.2018  12:05 

“Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi“





A+  A-

“Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi”.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib.
H. Hacıyev deyib ki, bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil: “Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi”.

XİN sözçüsü xatırladıb ki, 1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək hərbi gücə əl atdı, etnik təmizləmə siyasəti aparmağa başladı: “Ermənistan ərazisində, eləcə də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində mülki azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədildi. Ümumilikdə bir milyondan artıq azərbaycanlı evindən didərgin düşdü. Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səpkili provokasiyalar həyata keçidli. Ermənistan xüsusi xidmət orqanları, erməni terror təşkilatları nəqliyyat vasitələrində müxtəlif terror aktları törətdilər və minlərlə azərbaycanlı həyatını itirdi. 1988-ci ilin fevralında Sumqayıt hadisələri bunun kulminasiya nöqtəsi idi. Sumqayıtda 15-dən artıq müxtəlif millətlərin nümayəndələri, o cümlədən ermənilər yaşayırdı. Bu hadisələrlə bağlı Ermənistan tərəfindən cinayət içi açıldı, lakin məntiqi sonluğa çatdırılmadı. Azərbaycan prezidenti tərəfindən Sumqayıt hadisələrinin təkrar araşdırılması üçün tapşırıq verilib. Baş Prokurorluq tərəfində istintaq tədbirləri aparılır. Bu və Dağlıq Qarabağdakı hadisələrə görə məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür. Biz bundan sonra da ermənilərin törətdiyi provokasiyaların, cinayət və soyqırım əməllərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni edəcəyik”.

Xəbər 2583 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +