Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


19.11.2025  08:00 

İRANIN “RAKET DOKTRİNASI” DÜNYA MÜHARİBƏSİ BAŞLAYA BİLƏRMİ?





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:

Dünyada müharibələrin və hərbi əməliyyatların artması artıq heç kimə sirr deyil. Sadəcə əvvəlki dövrlə müqayisədə fərq ondadır ki, bu dəfə genişmiqyaslı proseslərdə daha iri dövlətlərin iştirakı müşahidə olunur.



Yaxın Şərqdə hərbi əməliyyatlar bitər-bitməz Cənub-Şərqi Çin dənizi regionunda yeni müharibə gözlənilir. ABŞ-ın Tayvana silah göndərməsi Çinin xoşuna gəlmir. ABŞ Yaponiyanı silahlandırır, Cənubi Koreya ilə isə təxminən 350 milyard dollarlıq – əksəriyyəti hərbi təyinatlı məhsullardan ibarət olan – ticarət müqaviləsi imzalayır. Bu, ABŞ-la Çin arasında hərbi qarşıdurma ehtimalının real olması deməkdir.

ABŞ-la Rusiya arasında nüvə ritorikası tarixi maksimuma çatıb. 1962-ci il Karib böhranında belə ritorika indiki qədər kəskin deyildi. Çünki nə bu qədər çoxsaylı nüvə başlıqlı və yüksək sürətli raketlər vardı, nə də informasiya resursları indiki qədər güclü idi.

Dünyada üç böyük nüvə dövləti var və həm ABŞ–Çin, həm də ABŞ–Rusiya xəttində hərbi eskalasiya an məsələsinə çevrilib. Karib böhranı sanki yenidən canlanır.

Venesuelada müharibə hər an başlaya bilər

Bu ölkədə müharibənin qarşısını ala biləcək yeganə faktor prezident Nikolas Maduronun Donald Trampın təsir dairəsinə keçməsidir. Tramp üçün Venesuelanın neftini Rusiya və İran neftinin əvəzinə qoymaq həyati əhəmiyyət daşıyır. Çünki Çin və Hindistana satılan neftin qiyməti çox aşağı olacaq. Venesuela nefti belə vəziyyət yarada bilən az sayda resurslardan biridir.

Hazırda Səudiyyə Ərəbistanının Asiya bazarına neft qiymətlərini endirməsi ABŞ üçün lazımi effekti vermir. Bir vaxtlar ABŞ-ın diktəsi ilə Səudiyyə Ərəbistanının həyata keçirdiyi neft dempinqi SSRİ-nin dağılmasına səbəb olmuşdu. İndi ABŞ bu prosesə Venesuelanı da qoşmaq niyyətindədir. Məqsəd Hindistan, Rusiya və Çin arasında ABŞ-ın müəyyən etdiyi qiymətlər əsasında neft bazarı formalaşdırmaqdır. Bu isə Rusiya üçün açıq təhlükədir. Ona görə də ABŞ-ın Venesuelaya qarşı müharibəsinə Rusiya qoşula bilər.

Bu müharibə Venesueladan daha çox Rusiya üçün ölüm-dirim məsələsinə çevrilə bilər. Bu səbəbdən Rusiya hərbi gücündən bəhs etməyi sevən İranı da prosesə dəvət edə bilər. İran isə hər gün Venesuelaya dəstək bəyanatları verir. Ən çox diqqət çəkən isə İranın aqressiv hərbi ritorikasıdır.

İran “raket Allahdır” doktrinasından kənara çıxmır. Onların yaratdığı hər şeyin mərkəzində raket dayanır. Sanki bu günə qədər Quran, Tövrat, İncil kimi kitabların yazdığı hər şey səhv imiş, əslində dünyada nə varsa, hamısını raketlər yaradıb.

Qəzzada İranın başladığı müharibə bitməyib

Bu müharibə İsraili gücləndirdi, HƏMAS və digər Fələstin qruplarını zəiflətdi. Donald Tramp yeni geosiyasi arxitektura planı ortaya qoyub. Suriya və İraqda baş verənlər istənilən an İranı müharibəyə sürükləyə bilər. Trampın Suriya prezidenti Bəşər Əsədlə görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı Trampın Suriyanı Türkiyəyə bağışlaması kimi yozula bilər. Müharibə axtaran İran gec-tez buna reaksiya verəcək.

Regionda baş verən digər proseslər də İran kimi iddialı bir ölkəni sakit dayanmağa qoymayacaq. Hamı İranın müharibə niyyətindən qorxsa da, İran özü üçün daim müharibə fonu yaradır və istənilən qonşu dövlətə qarşı hər an hərbi əməliyyatlara başlaya bilər.

Azərbaycanın hərbi paradı ilə bağlı rəsmi açıqlama verməyən İran bunun əvəzində siyasi gündəmə hazırda mövcud olmayan məsələləri gətirir, bir neçə il əvvəlki mövzuları yenidən xatırladır.

İranın müharibə siyasəti onun üçün böyük riskdir və bu siyasət dövləti məhv edə bilər.

İslamın “əvvəlcə danışıqlar, sülh” prinsipinə zidd şəkildə İran özünü dünyaya yalnız müharibə ustadı kimi təqdim edir. İranın siyasətindən anlaşılan budur ki, bu ölkə müharibədən başqa heç nə bacarmır. Maliyyə gəlirləri, dolanışıq mənbələri və hətta idarəetmə mexanizmi belə müharibə üzərində qurulub.

Allah isə müharibə edəni sevmədiyini göstərir. İranda yağış duası edildi. İnsanlar küçələrə çıxıb dua etdilər, hətta dövlət televiziyasının əməkdaşları belə namaza qatıldı, amma yağış yağmadı. Qəzzaya yağış lazım olmadığı halda – çünki əhali çadırlardadır – oraya yağış yağdı. Sanki Qəzza Allahın kitabında İranın coğrafiyası kimi qeyd olunub.
Qəzzalılar nə vaxt “İranla olmağın mənasını anladıq, heç vaxt İranın yanında olmayacağıq” deyib Allaha üz tutsalar, görünür, cəza da o vaxt bitəcək.

İran üçün ən təhlükəli ssenari Rusiya tərəfindən Venesuela müharibəsinə cəlb olunmaq və eyni anda Ukraynada gedən əməliyyatların final mərhələsinə qoşulmaqdır. Çin də Cənub-Şərqi Asiyada, Tayvan ətrafında gedən proseslərə İranı qatmaq istəyər. “Sən bu qədər müharibə ustadısan, gəl mənim yerimə Tayvanla vuruş” yanaşması ilə.

Hamı bilir ki, Tayvanla müharibənin arxasında ABŞ dayanır. ABŞ İranın iddialarını öz maraqlarına uyğun istiqamətləndirmək üçün onu Rusiya və Çinə qarşı birbaşa müharibəyə çağırmaqdan çəkinməz. “Gəl, Çin və Rusiyanı zəiflədir və ya sıradan çıxart, sanksiyaları 10 il müddətinə qaldırım” kimi vədlər verilə bilər.

İranın bu “qoyun-quzu” siyasəti onun sonunu müəyyənləşdirə bilər. Nə olacağını yalnız Allah bilir.



Xəbər 838 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +