Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bu sahələrdə də ƏDV-ni geri alacaqsız
Müsəlmanlarla bağlı yayılan xəbər tənqid olundu
Xarkovda atışma: 17 yaşlı qız ölüb
Əməkdar artist: Niyə mənə bir iş tapılmır?
General Zeynalova 28 səhifəlik ağır ittiham
Əməkdar artist Yadigar Muradov vəfat edib
TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir


15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…





A+  A-

Ukraynada aşkarlanan son korrupsiya faktları ilə bağlı məlumatlar inanılmazdır. Ən dəhşətlisi isə odur ki, korrupsiya yolu ilə əldə olunan vəsaitlər Rusiyada yuyulub. Ukraynada müstəqil fəaliyyət göstərən korrupsiyaya qarşı mübarizə idarəsi NABU-nun təsbitlərinə görə, qeyri-qanuni yollarla əldə olunan vəsaitlər Ukraynadan kənara, o cümlədən Rusiyaya köçürülürmüş. Belə çıxır ki, Zelenskinin yaxın dostlarının aralarında yer aldığı korrupsiya mafiyası Rusiya ilə də əməkdaşlıq edirmiş.

XəzərNews.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, bu halda hər gün yüzlərlə insanın öldüyü müharibənin tezliklə bitməsini gözləməyə dəyməz:

“Həm Rusiya, həm də Ukrayna yetkililəri bu müharibə sayəsində qaz vurub qazan doldurursa, kim öz qazanc mənbəyinin bağlanmasına razı olar?

Üstəlik, bu, yeni ortaya çıxmış qalmaqal da deyil. Ukrayna-Rusiya müharibəsi başlayandan 1 il keçməmiş – 2023-cü il ilk günlərində Kiyev yenə korrupsiya qalmaqalı ilə çalxanmış, bir çox iri məmur, o cümlədən baş prokurorun, icma və ərazi inkişafı nazirinin, sosial siyasət nazirinin və müdafiə nazirinin müavinləri istefaya getmişdi. Görünən budur ki, Ukrayna hakimiyyəti ilk qalmaqaldan yetərli nəticə çıxarmayıb və dövlət malını mənimsəməyi davam etdirib.

Son korrupsiya qalmaqalının başında Zelenskinin ortağı Timur Mindiçin də yer alması vəziyyətə tamamilə fərqli görüntü qazandırır.

Məlumata görə, Timur Mindiç və dostları çərşənbə axşamına qədər Polşanın paytaxtı Varşavada imişlər. Antikorrupsiya əməliyyatı başlayan kimi onlar yoxa çıxıblar və iddialara görə, daha sonra soraqları Təl-Əvivdən gəlib. Maraqlıdır ki, bu adamların həm də İsrail vətəndaşları olması iddialar arasındadır və bildirildiyinə görə, onların İsrail vətəndaşları olmaları beynəlxalq maliyyə mərkəzlərinin qapılarını taybatay açmalarının da əsas səbəbidir”.

Qeyd edək ki, külli miqdarda korrupsiya faktı ilə bağlı Ukrayna hökumətinin iki naziri - ədliyyə naziri (və keçmiş energetika naziri) Qaluşenko və energetika naziri Svetlana Qrinçuk istefaya göndərilib.

Xəbər 888 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +