Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


25.11.2020  13:43 

Ərdoğan Kəlbəcərdən danışdı





A+  A-

“Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına qatqımız oldu. Erməni işğalı sona çatdı və problemin həlli istiqamətində ümidlər ilk dəfə artdı. Dünənə qədər ortalıqda görünməyən, açıq şəkildə ermənilərə dəstək olan Minsk Qrupu rəhbərliyinin və bəzi ölkələrin narahatlığının önəmi yoxdur”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən iclasında qeyd edib.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından da söhbət açıb: “Dünən hörmətli Putinlə bu mövzularda ətraflı danışığımız oldu. Nə kimi addımlar ata biləcəyimiz barədə müzakirə apardıq. Rusiya- Türkiyə- Azərbaycan bölgədə sülhü daim qoruyacaq.

Dəmir yolu və magistral nöqtədə qərbdən şərqə və şimaldan cənuba nəqliyyat prosesini idarə edə biləcəyik və azərbaycanlı qardaşlarımızın öz torpaqlarına qayıtmasına imkan verəcəyik. İlham Əliyev qardaşımla danışdım, atılan addımları dəyərləndirdik.

Kəlbəcər dünən tamamilə boşaldıldı. Kəlbəcərdən keçmə imkanını azərbaycanlı qardaşlarımız tapmış oldu. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayır. Hər kəs meydandakı yeni reallığa uyğun münasibət qurmalıdır”.



Xəbər 4067 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +