Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


13.01.2019  10:21 

“Whatsapp”a barmaq izi skanı gəlir





A+  A-

“Whatsapp”ın “Android” versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib.
XəzərNews.az Technote-yə istinadən xəbər verir ki, sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır.



Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda "Whatsapp"ı "Android"in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin "iOS" versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin "iOS" versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.



Yeni funksiyanın rəsmi olaraq nə zaman təqdim olunacağı məlum deyil. Lakin bu, qısamüddətli təcrübə olsa idi çətin ki, tərtibatçılar buna bu qədər zaman ayırardılar. Messencerin beta versiyasında ortaya çıxmış daha bir maraqlı funksiya da ondan ibarətdir ki, bundan sonra istifadəçi göndərəcəyi audiomesajı göndərməmişdən öncə dinləyə biləcək.



Xəbər 1510 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +