Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama


10.11.2022  20:36 

“Özbəkistanın dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik”





A+  A-

“Biz qardaş özbək xalqının, şəxsən Özbəkistan Prezidentinin ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətini çox yüksək qiymətləndiririk. Biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik”.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdə bildirib.

İşğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünə görə özbəkistanlı həmkarına bir daha təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: “Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə Sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq”.

Ölkələrimizin son vaxtlar çox yaxınlaşdığını qeyd edən dövlətimizin başçısı bildirib ki, bu, əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir.

“Yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edirəm. Hər dəfə şəxsən Sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra Sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Xəbər 2164 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +