Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


23.07.2019  14:15 

Həbsxanaya narkotiki dəsmalın tikiş hissəsində keçirdi





A+  A-

Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
XəzərNews.az xəbər verir ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə həbs edilmiş və hal-hazırda Bakı İStintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Şahmirzə Hilal oğluna qardaşı Bakı şəhər sakini Məmmədov Rasim Hilal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan dəsmalın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş bükülüdə 0,255 qram metadon aşkar edilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Mehman Cəmil oğlu ilə qısamüddətli görüşə gəlmiş qohumu Masallı şəhər sakini Hüseynzadə Ziya Akif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində gizlədilmiş bükülüdə 0,003 qram metadon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər 3023 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +