Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


01.03.2018  23:37 

Afrində şiddətli atışma - Şəhid və yaralılar var





A+  A-

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir.
XəzərNews.az xəbər verir ki, bu gün Hac Bilal kəndinin yaxınlığındakı Kəl Təpə bölgəsində terrorçularla şiddətli atışma baş tutub.

Terrorçular 20 yanvardan etibarən bəlkə də ilk dəfə bu qədər çox ağır texnika ilə Türkiyə ordusuna qarşı döyüşüblər. Atışmalar zamanı şəhid və yaralıların olduğu bildirilir. Onların sayı açıqlanmayıb.

Yaralıların bölgədən çıxarılması üçün bir helikopter ərazi yaxınlaşmaq istəyərkən terrorçuların hücumna məruz qalıb və geri qayıdıb. Bir neçə cəhddən sonra yaralıları ərazidən götürərək Hatay rayonundakı xəstəxanalara yerləşdirmək mümkün olub.

Bundan sonra əraziyə çoxlu sayda qırıcı təyyarələr cəlb edilib və terrorçuların sığınacaqları intensive atəşə tutulub. Məlumata görə, 23 terrorçunun məhv edildiyi dəqiqləşib.

Hazırda atışma davam edir.

Xəbər 3005 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +