Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama


13.08.2025  16:48 

Ana ağlayan körpəsinə narkotik vurub öldürdü





A+  A-

Rusiyanın Buryatiya Respublikasında ana ağlayan körpəsini öldürüb.

XəzərNews.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Ulan-Ude şəhərində qeydə alınıb. Bir qadın iki aylıq körpəsi ağladığı üçün ona güclü təsir edən narkotik tərkibli çoxsaylı iynələr vurub.

Cinayət gecə baş verib. Körpənin ağlamasından əsəbiləşən qadın əvvəlcə onun üzünə zərbə endirib, daha sonra isə baş nahiyəsinə güclü təsirli maddə ilə dolu şprislərlə çoxsaylı iynələr vurub. Körpə hadisə yerində keçinib.

Uşağı öldürdükdən sonra ana qaçmağa cəhd edib, lakin saxlanılıb. İstintaq boyu o, həbsdə saxlanılır.

Dindirmələr zamanı qadın, doğuşdan sonrakı depressiya səbəbindən affekt vəziyyətində cinayət törətdiyini iddia edib. Lakin məhkəmə-psixiatriya ekspertizası cinayət zamanı onun anlaqlı olduğunu müəyyənləşdirib.

Qadın barəsində azyaşlını xüsusi amansızlıqla və bilə-bilə köməksiz vəziyyətdə öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Xəbər 1081 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +