Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


28.02.2023  13:21 

“Orta ixtisas təhsili olmayanlar rəhbər vəzifələrdə çalışır” - Nazir





A+  A-

“Orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır”.

XəzərNews.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.

Nazir əvəzi bildirib ki, bu gün Azərbaycanda 7000-ə yaxın mədəniyyət müəssisəsi var və orada ciddi problemlər var:

“Onların infrastrukturları demək olar ki, yoxa çıxıb. Ucqar kəndlərdə yerləşən kitabxanaların vəziyyəti olduqca acınacaqlıdır. Kitab təminatında da ciddi problemlər var. Həmin müəssisələrdə çalışan kadr potensialı bərbad durumdadır. Hətta orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır. Prosesə kompleks yanaşmaq lazımdır. Bu məsələ ilə əlaqəli ciddi araşdırma və təhlil aparılır ki, səhv etməyək. Həmin müəssisələrin faydalılığı da yoxlanılmalıdır”.

A.Kərimli əlavə edib ki, islahatların doğru aparılmasında hər kəsin dəstəyinə ehtiyac var: “Çünki bu tək nazirliyin və ya məmurun işi deyil. Hər kəs bu prosesdə iştirak etməlidir. Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan 41 min heyət var. Bunun da təxminən 30 minə yaxını bölgələrdəki mədəniyyət müəssisələrində çalışır. Aparılan təhlillərə görə, 30 minin cəmi 7 %-nin mədəniyyət və incəsənət sahəsində yalnız orta ixtisas təhsili var. Bu sahədə ciddi islahat aparılmalıdır”.

Xəbər 2718 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +