Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


02.08.2022  08:39 

“Qərb regionda qarşıdurma potensialının qalmasında maraqlıdır“





A+  A-

"Azərbaycan-Ermənistan sərhəddində və Qarabağda baş verənlər onu göstərir ki, vəziyyət bu cür davam edə bilməz".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib.

S.Aliyev bildirib ki, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxmalı, rəsmi İrəvan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyə tam əməl etməlidir:

"Rusiyanın Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə, o sıradan da hərbi birləşmələrini hələ də Qarabağdan çıxarmamasına niyə göz yumduğu aydındır. Qərbdə "problemin hərtərəfli həlli"ndən dəm vuranlar da əslində regionda qarşıdurma potensialının qalmasında maraqlıdırlar. Çünki Azərbaycanla Ermənistan arasındakı qarşıdurma onlara da hər iki dövlət üzərində təsirlərini qoruyub saxlamaq, fürsət yaranarsa, artırmaq üçün lazımdır. Məsələn, ABŞ-ı götürək, əgər bu supergüc doğrudan da bizim regionda tezliklə sülh yaranmasını istəyirsə, onda dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid avqustun birində nədən öncə Ermənistanın, sonra isə Azərbaycanın xarici işlər nazirinə zəng etməyi lazım bilir. Bu o deməkdir ki, ABŞ Ermənistana Azərbaycanın beynəlxalq normalara dayanan haqlı tələbini yerinə yetirməli olduğunu çatdırıb onu buna sövq etmək əvəzinə, bizi qarşı tərəfin təxribatçı hərəkətlərinə və hərkətsizliklərinə dözümlü yanaşmağa çağırır. Yəni Minsk qrupu formatında hansı məntiqdən çıxış edirdisə, yenə eyni siyasəti yeridir".

Xəbər 3897 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +