Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


15.01.2021  16:39 

Karantin cərimələri üçün ödənən pul hara xərclənir? - DİN-dən açıqlama





A+  A-

Daxili İşlər Nazirliyi son günlər polis əməkdaşları karantin rejimini bəhanə edərək insanları kütləvi şəkildə cərimələməsi və heç kimə güzəşt etməməsi barədə sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib. O deyib ki, belə iddiaların heç bir əsası yoxdur, kimlərinsə uydurmasıdır: “Vətəndaşlarımız da yaxşı bilirlər ki, koronavirus pandemiyası ilə əlaqədar bir ildir ki, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət göstərərək virusun yayılmasının qarşısını almaq, vətəndaşları bu yoluxucu xəstəliklərdən qorumaq məqsədilə gecə-gündüz nəzarət tədbirləri həyata keçirirlər. Əminliklə deyə bilərəm ki, vətəndaşların böyük əksəriyyəti karantin rejimindən irəli gələn tələb və qaydalara riayət edir. Bununla belə riayət etmək istəməyənlər də olur ki, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülür.

Burada məqsəd kimisə cərimələmək yox, yalnız və yalnız insanların sağlamlığını qorumaqdır. Kimsə karantin rejimi qaydasını pozursa, bu zaman təqsirkar polis deyil, məhz həmin şəxsin özüdür. Təsəvvür edin ki, polisin postlarda, küçədə nəzarət qaydasında yoxladığı insanların təxminən 93 faizi icazəli olur. Müvafiq icazəsi olmadan aşkarlanan 7 faizinin də cəmi 10-20 faizi barədə protokol tərtib edilir. Qalan 80-90 faizinə isə xəbərdarlıq edilərək yaşayış yerinə yola salınır.

Buradan da görünür ki, polisin niyyəti heç də ucdantutma, kütləvi protokol yazmaq deyil, insanların sağlamlıqlarını, təhlükəsizliklərini qorumaq və mühafizə etməkdir.

Onu da bir daha diqqətə çatdırım ki, bu sahədə tətbiq edilən cərimələrdən yığılan vəsait tam olaraq virusa yoluxan vətəndaşların müalicəsinə xərclənir”.

Xəbər 3770 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +