Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama


13.11.2018  18:21 

Yanğınla bağlı 15 çadır quruldu - Sədr hadisə yerinə getdi





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün səhər Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında yanğın baş verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən XəzərNews.az-a daxil olan məlumata görə, yanğın nəticəsində 46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqlarla təchiz edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Binəqədi rayon icra hakimiyyətinin başçısı, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.

Dövlət Komitəsi tərəfindən siyahıya alınma aparılır, yanğın nəticəsində müvəqqəti yaşayış yerinidən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq

Xəbər 2602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +