Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


25.09.2018  12:43 

Bu cərimələr artırılır – 10 min manat...





A+  A-

Azərbaycanda yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmaya görə cəzalar sərtləşdirilir.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 255-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddəsinin birinci bəndinə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin məbləği aşağı həddi 6 min, yuxarı həddi isə 10 min manat nəzərdə tutulur. Bundan başqa, bəndə 1 il müddətə azadlıqdan məhrumetmə cəzası da əlavə edilir.

Maddəyə əlavə edilən, 255.2-ci bəndə əsasən, birinci bənddə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər nəticələrə səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə 3 ildən 5 il ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq..

Xəbər 3388 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +