Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


08.06.2023  12:25 

Orta məktəblərdə şagirdlərin qiymətlərini kimlər şişirdir? - Deputat faktları açıqladı





A+  A-

“Milli Məclisin Komitə iclasında hələ də Orta ümumtəhsil məktəblərində şagirdlərin qiymətlərinin şişirdilməsi hallarına yol verilməsi barədə danışmışdım”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Etibar Əliyev çıxış edib.

E.Əliyev konkret misallar da çəkdiyini bildirib:

“Məsələn, 2021/2022-ci tədris ilində Gəncədə attestat qiymətləri “əla” olan şagirdlərin 16 faizi 0-200 bal toplayıb, 500-dən yuxarı nəticə göstərənlər isə 26 faiz olub. Gədəbəydə attestat qiyməti “əla” olan şagirdlərin 15,34 faizi, Goranboyda 23,5 faizi, İmişlidə 18 faizi, Qazaxda 12 faizi, Lerikdə 29 faizi, Lənkəranda 9 faizi, Salyanda 13 faizi, Tərtərdə 19,5 faizi, Tovuzda 15,5 faizi, Sumqayıtda 5,6 faizi 0-200 bal toplayıb və s.”

Millət vəkili qaldırdığı məsələyə şübhə ilə yanaşanlara mənbə göstərib:

“Dövlət İmtahan Mərkəzi: Abituryent Jurnalının 12-ci nömrəsi”.

E.Əliyev qeyd olaraq əlavə edib ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.

Xəbər 1473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +