Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


14.05.2025  11:18 

Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq





A+  A-

ABŞ və Səudiyyə Ərəbistanı müdafiə, süni intellekt, enerji, infrastruktur və səhiyyə kimi əsas sektorları əhatə edən 600 milyard dollarlıq investisiya sazişi imzalayıb.

XəzərNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mayın 13-də Ər-Riyada səfəri zamanı bildirib.

Onlar qeyd ediblər ki, bu, iki ölkə arasında münasibətlərin bütün tarixində ən böyük kommersiya sazişləri paketidir.

Müdafiə və təhlükəsizlik sahəsində tərəflər müasir silahların tədarükü, hava hücumundan müdafiə sistemləri, dəniz qüvvələrinin modernləşdirilməsi, Səudiyyə ordusunun təlimi kimi 142 milyard dollarlıq müqavilə imzalayıb.

Səudiyyənin DataVolt şirkəti ABŞ-da məlumat mərkəzlərinin tikintisinə 20 milyard dollar sərmayə qoyacaq. Həmçinin, Google, Oracle, Salesforce, AMD və Uber qabaqcıl texnologiyaların inkişafına birgə 80 milyard dollar sərmayə qoyacaqlar.

Amerikanın Hill International, Jacobs, Parsons və AECOM şirkətləri Ər-Riyadda Kral Salman hava limanının və parkın tikintisi də daxil olmaqla 2 milyard dollar dəyərində layihələr həyata keçirir.

Shamekh IV Solutions Miçiqanda tibbi venadaxili məhlul istehsalı zavodunun tikintisinə 5,8 milyard dollar sərmayə qoyur.

Enerji üçün 5 milyard dollar, aerokosmik texnologiyalar üçün 5 milyard dollar və idmanın inkişafı üçün 4 milyard dollar da daxil olmaqla bir neçə sektor fondu yaradılıb.

Yanvar ayında Tramp investisiya məbləğini 1 trilyon dollara çatdırmaq istədiyini bildirib.

Xəbər 3419 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +