Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı


08.08.2020  18:24 

Ronaldo “Yuventus”un tarixinə düşdü





A+  A-

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşan “Yuventus” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
XəzərNews.az xəbər verir ki, “qoca sinyora”nın iki qolunun da müəllifi olan hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Belə ki, portuqaliyalı futbolçu, mövsüm ərzində vurduğu qolların sayını 37-yə çatdırıb. Bununla da, o, komandanın heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub.

Bundan əvvəlki ən yaxşı göstərici 94 il əvvəl qeydə alınıb. 1925/26-cı il mövsümündə “Yuventus”un heyətində Ferens Xirzer 35 qol vurub.

“Yuventus”un Fransa klubu üzərindəki qələbəsinə baxmayaraq, ümumi hesab bərabər olduğundan, Lion “Olimpik”i səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

Xəbər 3588 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +