Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


13.11.2021  10:42 

“Muğanbank” vətəndaşlara qarşı dələduzluq edib?





A+  A-

“Muğanbank”ın vətəndaşlara qarşı dələduzluq əməlləri ortaya çıxıb.

“Muğanbank”dan 10 illik alınan istiqrazlar heç bir bildiriş, xəbərdarlıq edilmədən ləğv edilib. Hansı ki, həmin istiqrazın üzərində isə qeyd olunub ki, etibarlılıq müddəti 10 il bitdikdən sonra müştərilərə vaxt verilir. Ancaq məlum olur ki, vətəndaşların xəbəri olmadan, 10 il bitməmiş həmin istiqrazlar ləğv edilib. Bununla bağlı müraciət edən vətəndaşlara nəinki istiqrazın faizi, hətta ona ödənilmir.

XezerNews.az xəbər verir ki, məsələ ilə bağlı “Muğanbank”dan Bakupost.az -a bildirilib ki, 2011-ci ildən verilən istiqraz çeklərinin dövriyyəsi 2016-cı ildən dayandırılıb. Bu isə o deməkdir ki, istiqrazın üzərində göstərilən 10 il müddəti bitməmiş onlar ləğv edilb:

“Azərbaycan Respublikasının qanununa görə müvafiq olaraq, “Muğanbank” tərəfindən verilən həmin istiqraz çeklərinin 2016-cı il tarixindən dövriyyəsi dayandırılıb. Bu məlumat saytlarda dəfələrlə qeyd olunub. Ola bilsin ki, müştəri həmin vaxtlarda sayta daxil olmayıb və xəbəri görməyib. Bu, dövlət tərəfindən ləğv olunan bir haldır. Həmin tarixdən “Muğambank”ın “Muğamçek” adlı yeni layihəsinə start verilib. Sadəcə orada şərtlər daha fərqlidir. 2016-cı ildə həmin vətəndaş sonuncu tiraj tarixindən 730 gün ərzində aldığı istiqraz çekini geri qaytara bilərdi. Əgər qaytarılmayıbsa, bəli düzdür, o çek artıq ləğv olunub. Qeyd etdiyim kimi, saytda da nəyə görə həmin çekin ləğv olunduğu qeyd olunub. Vaxtında qaytarılmadığı üçün artıq mümkün olmayacaq”.



İqtisadçı ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, 10 il ərzində bank vətəndaşa bu istiqraz üzrə faiz dərəcəsini mütləq ödəməlidir:

“İstiqraz bankın vətəndaş qarşında borcudur. Necə ki, vətəndaş banka əmanət qoysaydı, orada da eyni şərtlərdir. Yəni, bank vətəndaşa deyə bilməzdi ki, gəl öz qoyduğun əmanəti vaxtından əvvəl götür. Belə şey ola bilməz. Yəni istiqraz ləğv olunubsa belə vətəndaşın pulu geri qaytarılmalıdır. Çünki vətəndaş ona görə pul verib. Onun pulunu bank geri qaytarmalıdır.

Bunun üçün vətəndaş öncə yazılı şəkildə həmin banka müraciət edib, pulunu tələb etməlidir. Eyni zamanda, Mərkəzi Banka da şikayət edə bilər. Çünki Mərkəzi Bank həm bank, həm də qiymətli kağızlar bazarına nəzarət edən orqandır. Yəni Mərkəzi Bankdan da xahiş edə bilər ki, tədbir görsünlər. Birinci təyin etsinlər ki, istiqrazı bank ləğv edə bilərmi?



Həqiqətən ləğv edə bilərdisə belə vətəndaşın pulunu geri qaytarmalıdır. Əgər bank və Mərkəzi Bank tədbir görməzsə, onda vətəndaş həmin bankı məhkəməyə verməlidir. Onların dediyinə görə saytda elan verilsə belə vətəndaşa məktub göndərilməli idi. Lap məlumatı vətəndaşa göndəriblər, vətəndaş gəlməyib, hətta bu halda da onun pulunu verməlidirlər. Burada başqa söhbət ola bilməz. Onsuz da Azərbaycanda qiymətli kağızlara etimad yoxdur və qiymətli kağızlar bazarımız çox zəifdir. Belə hallar bu etimadı tam sarsıdır”.


Xəbər 3708 dəfə oxunub.




13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +