Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


17.07.2025  15:56 

Gömrükdə rəhbərlər dəyişsə də, üslub dəyişməyib





A+  A-

“Gömrük, vergi siyasəti yerli istehsalın inkişafı üçün dizayn edilməyib. Bu problemi məsələdir. Nazirlər dəyişsə də, eyni üslubda davam edirik. Hökumətin vergi və gömrük siyasəti yerli istehsalın formalaşması və stimullaşdırılması üçün təşkil olunmayıb”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O, bildirib ki, hazır məhsulla bağlı istehlak vergisi mütləq olmalıdır:

“Gömrük, vergi siyasəti yerli istehsalın inkişafı üçün dizayn edilməyib. Bu problemi məsələdir. Nazirlər dəyişsə də, eyni üslubda davam edirik.

Hökumətin vergi və gömrük siyasəti yerli istehsalın formalaşması və stimullaşdırılması üçün təşkil olunmayıb. Elektronika avadanlıqları və smartfonlara gəlincə, hər hansı bir güzəştin tətbiq edilməsi nəzərə alınmır. Bu istehlak vergisidir. Yerli istehsalın məhsullarının istehsalında istifadə olunan xammal, yarımfabrikat və avadanlığa vergi güzəşti tətbiq edilə bilər ki, onlar əlavə dəyər vergisi də verməsinlər. Xammalın materialında isə 0-15 faiz arası rüsumlar var. Amma son hazır məhsulda vergi olmalıdır. Hazır məhsulların ölkəyə gəlişi zamanı vergilərin və gömrük rüsumlarının ləğvindən söhbət belə gedə bilməz. Dövlətin istehsalı yoxdur, gömrük və vergi rüsumu qoymasa, sosial ödənişləri və maaşları necə verməlidir?”

Ekspert qeyd edib ki, yerli istehsalın aldığı xammal materialları və yarımfabrikatlara güzəştli rejimlərin müəyyənləşdirilməsinə baxıla bilər:

“Yerli istehsalın aldığı xammal materialları və yarımfabrikatlara güzəştli rejimlərin müəyyənləşdirilməsinə baxıla bilər. Zaman-zaman epizodik olaraq nələrsə edilir, amma sırf gömrük, vergi siyasətinin qarşısında iqtisadiyyatın inkişaf etdirilməsi yox, gömrük, vergi yığımlarının həyata keçirilməsi olduğuna görə onlar o qədər maraqlı deyillər. Hökumət isə bu istiqamətdə cəsarətsizdir. Amma yerli istehsal olmayan hazır məhsulların ölkəyə gətirilməsi zamanı mütləq şəkildə vergi və gömrük rüsumu olmalıdır”.

Xəbər 967 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +