Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı


06.11.2025  10:27 

Stadionda çox yaxşı ab-hava var idi - Entso Mareska





A+  A-

"Çelsi" üçün "Qarabağ"la oyun çətin keçib.

XəzərNews.az xəbər verir ki, bu sözləri "Çelsi" klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Heyətimizdə zədəli oyunçular var idi. Meydandakı düzülüşü düzgün etməyə çalışdıq. Qarşılaşmaya yaxşı başladıq, hətta qol da vurduq. Təəssüf ki, daha sonra qapımızda iki qol gördük. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komandamız 3 gündən bir oyun keçirir. Bizim üçün ağır gecə idi. Doğrusunu söyləmək lazımdırsa, pis qollar buraxdıq".

O, Ağdam təmsilçisinin meydanda özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb:

"Qarabağ"ın yaxşı komanda olduğunu daha əvvəl demişdim. Onlara qarşı çıxış etmək bizim üçün çətin idi. Çempionlar Liqasında istənilən nəticəyə hazır olmaq lazımdır".

Mareska "Qarabağ" azarkeşlərinin əla atmosfer yaratdıqlarını söyləyib:

"Stadionda çox yaxşı ab-hava var idi. Qələbə qazanmaq istəyirdik, lakin olmadı. Gücümüzü toplayıb, növbəti matçlarda qalib gəlməyi düşünürük".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Xəbər 1056 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +