Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


08.10.2021  17:28 

Lotu Quli və “Masallı Mamed“ sabiq icra başçısının oğrlanan oğlunu necə azad ediblər?





A+  A-

1995-ci ilin əvvələrində, ictimai-siyasi baxımdan gərgin günlərdə, ölkədə kriminogen durumun nəzarətdən çıxmış olduğu dönəmdə Bakıda fövqəladə hadisə baş verir.

Həmin cinayət bu gün də baş versəydi, ajiotaj yaradardı. Söhbət adam oğurluğundan gedir.

XəzərNews "Kriminalqafqaz"a istinadən xəbər verir ki, oğurlanan şəxs o zaman Lənkəranın icra başçısı olmuş Dilrubə Camalovanın oğlu, 30 yaşlı həkim Rəşad Talışinski idi. Burun-boğaz həkimini günün günorta çağı oğurlayanlar heç də onun qazandıqlarını ələ keçirməyi hədəfləməmişdilər. Oğrular onun anasının icra başçısı olmasından xəbərdar idilər.

Maraqlıdır ki, həkimi sırf kriminal aləmin üzvləri azad edərək anasının yanına qaytarıblar. Hadisənin xroniki ardıcıllığı belədir:

Rəşad Talışinski girov götürüldükdən sonra onun hansı cinayətkar qrup tərəfindən aparıldığı bilinməyib. İlk ona görə ki, "qanuni oğru"lar adam oğurluğunu yol verilən cinayət növü saymırlar. Bir növ "haram" buyurublar. Buna görə də onun hansısa "qanuni oğru"nun rəhbəri olduğu qruplaşma tərəfindən götürülmədiyi bəlli olub.

Bu zaman ortaya sual çıxıb: Bəs onda həkimi kim aparıb?

Bu oğurluğun kriminal dünyadan uzaq olan cinayət qruplaşması tərəfindən həyata keçirildiyi məlum olub. Həmin vaxt rəsmən axtarışda olan "Lotu Quli" (Nadir Səlifov) bu məsələyə müdaxilə edib. Öz kanalları ilə Rəşad həkimi kimlərin apardığını, onların yüz min dollar qarşılığında gənc həkimi azad edəcəklərini öyrənib.

Nadir Səlifov məsələ ilə bağlı tanınmış qanuni oğru "Masallı Mamed"lə görüşüb və hadisəni ona danışıb. O, hadisədən Lotu Ənvərin azad olunması üçün yararlanmağın vacib olduğunu bildirib. Mamed Qulinin təklifini müsbət qarşılayıb.

Onların adamları Lənkərana gedərək icra başçısı Dilrubə Camalova ilə görüşüblər. İcra başçısına bildiriblər ki, oğlunun azad olunması üçün yüz min dollar tələb olunur və bundan başqa Lotu Ənvər də həbsdən azad edilməlidir.

Dilrubə Camalova şərtləri qəbul edərək Ənvərin həbsxanadan çıxarılıb Lənkərana gətirilməsini təmin edib. Onların tələb etdiyi yüz min dollar qadın icra başçısı tərəfindən ödənildikdən sonra, 15 gün girov saxlanılan həkim oğlu anasının yanına qayıdıb.

Xəbər 2201 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +