Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


05.03.2019  15:57 

Artıq bu şəxslər də həbs ediləcək - Qanuna dəyişiklik





A+  A-

Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir.

Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Bu zərər vurulmuş ziyanın 2 mislinədək cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər külli miqdarda zərərvurmaya səbəb olduqda isə vəzifəli şəxslər 3 il müddətinə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqüqundan məhrum edilir və vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, yeni layihədə nəzərdə tutulan “müvafiq qurğu” dedikdə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunkasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.

Dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbər 1436 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +