Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu
Prezident BP-nin baş icraçı direktorunu qəbul edib
Karapetyan bu sərvəti necə qazanıb?


12.06.2025  19:44 

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi





A+  A-

Bir neçə gündür xaricdən Azərbaycana avtomobil gətirməklə məşğul olan Elvin Hüseynov barədə sosial şəbəkələrdə dələduzluq etməsi ilə bağlı ittihamlar yayılır. İddialara görə, o, insanların etibarından sui-istifadə etməklə avtomobil gətirmək müqabilində aldığı pulları mənimsəyib, verdiyi vədlərə isə əməl etməyib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs axtarışa elan olunub.

32 yaşlı Hüseynov Elvin Tofiq oğlu barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249.764 manat təşkil edir.

Müəyyən edilib ki, o vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni Gürcüstan istiqamətində tərk edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.

“Tövsiyə edirik ki, vətəndaşlar yalan vədlərlə aldanmamaq üçün yoxlanmamış vasitəçilərə, qeyri-rəsmi avtomobil alverçilərinə etibar etməsinlər. Bakıda rəsmi avtomobil satışı ilə məşğul olan etibarlı şirkətlər var və fəaliyyəti qanunla tənzimlənir” - açıqlamada qeyd olunur.

Elvin isə özünəməxsus sosial şəbəkə hesablarında yayılan iddiaları şər-böhtan adlandırıb.

Xəbər 1874 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +