Ermənilərin Azərbaycana qayıtması qeyri-realdır - Paşinyan
Voronejdə bazar sahibi olan Yusif Xəlilov həbs edilib
Paytaxtın mərkəzi küçəsində işıqfor işləmir
Bu, artıq səhv deyil, belə zərbələr... - Ukraynadakı azərbaycanlı
“TamStore” çəkidə və qiymətdə müştəriləri aldadır
Etimad İsmayılovun qatili azadlıqda?
Sabahın hava proqnozu açıqlanıb
Sərxoş avtobus sürücüsü həbs edildi
Perinatal Mərkəzdə körpələrin ölümünə səbəb oradakı sıxlıq olub?
Xarkovda matəm elan edildi


31.08.2024  12:49 

Azərbaycanda banklar müştəriləri belə soyur - Gözlərinizə inanmayacaqsınız...





A+  A-

Vətəndaşlar Azərbaycanda fəaliyyət göstərən əksər bankların yüksək faizlə kredit təklif etməsindən narazıdır. Dünya təcrübəsi, digər ölkələrin bank faizlərinə əsasən ölkəmizdəki bankların kredit təkliflərini müqayisə edənlər ortada ciddi fərqin olduğunu bildirirlər.

Bəs deyilənlər nə qədər doğrudur?

Xəzərnews.az xəbər verir ki, məsələni “Yeni Sabah”a şərh edən iqtisadçı Rəşad Həsənov bildirib ki, banklar bir sıra səbəblərə görə yüksək faizlə kredit verir: vakansiya 2023

“Ümumiyyətlə, maliyyə bazarlarına çıxış və maliyyə alətlərinin əlçatanlığı, şaxələnməsi, bazarın liberallıq səviyyəsi Azərbaycanda hər zaman müzakirə olunan və ən problemli sahələrdir. Sadalanan problemlər fonunda yüksək faizlər formalaşır. Çünki maliyyəyə çıxış imkanları nə qədər məhdud, mexanizmlər nə qədər zəif olursa, alətlər nə qədər az şaxələnirsə, bu, konsenterasiyanın banklara yönəlməsinə, vəsaitin yalnız daha çox banklara cəlb edilməsinə ehtiyacı artırır. Tələbin artım fonunda faizlərin yuxarı dərəcədə saxlanılmasına müəyyən mənada imkanlar yaranır.

Azərbaycanda faizlərin yüksək olmasını şərtləndirən yalnız yüksək tələb, yaxud tələb konsenterasiyası deyil. Çünki bir sıra hallarda, hətta izafi likvidlik olduğu təqdirdə belə, banklar vəsaitləri yerləşdirə bilməyəndə bank faizlərinin lazım olduğu səviyyədə yaxud adekvat formada ucuzlaşmadığını müşahidə edirik. Burada təsir edən bir sıra faktorlar var. Məsələn, vəsaitin cəlb edilməsi mənbələri bu faktorlardan biridir. Vəsaitlər əgər əhalidən 10-12 faizlə toplanırsa, bəzi hallarda infilyasiya 13,9 faiz rəqəmləri ilə ölçülürsə, bu şəraitdə banklar hansı faizləri verməli və kredit təklif etməlidirlər? Bu sual ortaya çıxır. Yaxud Mərkəzi Bankın uçot dərəcəsi endirilərək, 7 faiz ətrafına çatdırılıb və deyək ki, digər sərt monetar siyasət aspektindən Mərkəzi Bankın digər tələbləri məcburi ehtiyat normaları və tələbləri daha yüksək olaraq qalır. Bu da banklar üçün əlbəttə əlavə faiz yükü formalaşdırır. Bütövlükdə, faizlər bu kontekstdə ortaya çıxır”.

İqtisadçı Azərbaycanda mənfəət normasının yüksək olduğunu da vurğulayıb:

“Digər bir məqam isə, iqtisadiyyatda olan mənfəət normasıdır. Azərbaycanda iqtisadiyyatında mənfəət norması yüksəkdir. Belə olduğu təqdirdə təbii ki, banklar da bazardan müəyyən qədər pay almaq istəyirlər. Əgər investor il ərzində 60-70 faiz mənfəətlə vəsaiti idarə edirsə, yaxud yatırdığı vəsaitdən mənfəət əldə edirsə, bu zaman banklar da müəyyən pay almaq istəyirlər.

İstehlak kreditlərinə gəldikdə isə, bu sahədə faizlər çox yüksəkdir. Bu da riskin yüksək olmasından qaynaqlanır. Eyni zamanda burada başqa məqamlar da təsir göstərir. Bazarın kifayət qədər liberal olmaması, xarici mənbələrdən vəsait cəlbetmə imkanlarının məhdudiyyətləri, əhalinin yığım imkanlarının məhdud olması səbəbindən banklara yönələn vəsaitlərin həcminin az olması üzündən faizlərin yuxarı olaraq qalması kimi amillər bura aiddir. Beynəlxalq təcrübə ilə müqayisə etdikdə, bəzi ölkələrə nisbətən faizlər əlbəttə ki, çox yüksəkdir. Ancaq elə ölkələr də var ki, bizdə mövcud olan faizlər aşağıdır. Əsas məsələ isə normal inkişaf edən ölkələrlə bu müqayisənin aparılmasıdır. Belə olduqda isə, Azərbaycanda faizlərin kifayət qədər çox olduğunu müşahidə edirik. Bunun üçün uzun müddət maliyyə bazarında islahatların aparılmasına ehtiyac var”.



Xəbər 11078 dəfə oxunub.




18.08.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

18.08.2025  12:47 

“Rabitəbank” cərimələndi

18.08.2025  12:08 

“İrşad” cərimələnə bilər

18.08.2025  11:49 

Xarkovda matəm elan edildi

18.08.2025  11:27 

Generalın oğluna vəzifə verildi

18.08.2025  11:08 

Bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +