XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


03.09.2025  14:13 

Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?





A+  A-

Bu gün səhər saatlarında Bakıda, "Koroğlu" Mübadilə Mərkəzində sərnişinlərin avtobusdan düşürülməsi narazılıq yaradıb.

XəzərNews.az xəbər verir ki, Oxu.Az-a müraciət edən sərnişin bildirib ki, söhbət 7B xətti üzrə işləyən avtobusdan gedir.

"Avtobus sərnişinlə dolandan sonra hamını düşürdülər. Amma heç bir səbəb bildirmədilər. Sürücü avtobusu idarə etməkdən imtina etdi", - deyə müraciətdə bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə sürücünün səhhətində yaranan problem səbəbindən baş verib.

"Bu gün saat 08:38-də "BakuBus" MMC-nin istismarında olan 7B nömrəli marşrut xətti üzrə hərəkətdə olan 99-JU-648 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün səhhətində qəfil problem yaranıb və vəziyyəti barədə dərhal Monitorinq Mərkəzinə məlumat verilib.

Monitorinq Mərkəzinin göstərişi əsasında avtobusda olan sərnişinlərin digər avtobusa operativ yönləndirilməsi təmin edilib və onların səfərinin fasiləsiz davam etdirilməsi üçün bütün zəruri tədbirlər görülüb", - deyə açıqlamada bildirilir.

https://baku.tv/embed/217819


Xəbər 2638 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +