Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


09.12.2025  17:42 

Toydan qayıdanda avtobusda dalaşdılar





A+  A-

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan Ağstafa rayon Köçəsgər kənd sakini 1978-ci il təvəllüdlü Natiq Bayramovun (soyadlar şərtidir) məhkəməsi keçirilib.

XəzərNews.az xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, hadisə baş verən gün Natiqin qonşusu Kərimin (şərti) övladının Ağstafada toyu olub. Bununla əlaqədar qonşular avtobus tutaraq Köçəsgərdən rayon mərkəzinə yollanıblar.

Onlar geri qayıtdıqda avtobusda arxa oturacaqda əyləşən Nazim Məmmədov öndə əyləşən qonşularına uca səslə deyib-güldükləri üçün irad bildirib. Həmin iradı özünə götürən Natiq Nazimlə mübahisə edib. Bu zaman Nazim arxadan Natiqin boğaz nahiyəsindən tutaraq barmağını onun ağzına salıb və ağızını yanaq hissəyə doğru cırmağa çalışıb.

Natiq qonşusunun əlindən çıxmağı bacarıb və avtobusdan düşüb. O, Nazimin yaşadığı evin qarşısına piyada gedib və qonşu ilə mübahisəni davam etdirib. Ardınca bıçaqla Nazimin qarın nahiyəsinə bir zərbə vurub. Qarının ön divarının boşluğa keçən iti alət yarası, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli sayılan ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs əməliyyat olunub.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə Natiq Bayramova 3 il həbs cəzası verilib.//Qafqazinfo.az

Xəbər 917 dəfə oxunub.



15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +