Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


04.12.2025  20:00 

“Avant Qrup” MTK istehlakçı hüquqlarını necə pozub? – Açıqlama





A+  A-

Xəbər verdiyimiz kimi, “Avant Qrup” MTK-nın “Avant Park” layihəsindən mənzil alan yüzlərlə sakin ödədiyi məbləğin ƏDV-sinin 30 faizinin geri qaytarılması məsələsində ciddi problem yaşayır. Sakinlər pozulmuş hüquqlarının bərpası üçün “Avant Park” ofisi qarşısına toplaşaraq mətbuata açıqlamalar verir, cəmiyyətin və dövlətin müvafiq qurumlarının diqqətini problemə yönəltməkdə davam edirlər. Onlar iddia edir ki, Prezidentin 25 may, 2022-ci il tarixli Fərmanından dərhal sonra “Avant Qrup” MTK-ya müraciət etsələr də MTK-nın məsul şəxsləri sakinlərə ödənişləri yalnız bir hesaba ödənilməsini tapşırıb və ƏDV depozit hesabı açmağa imkan verməyib. Ödənişlər bitdikdən sonra Dövlət Vergi Xidməti sakinlərə çatacaq ƏDV-ni geri qaytarmır. Səbəb kimi isə ödənişlərin MTK-nın sakinlərə təqdim etdiyi bir hesaba köçürülməsidir.

XəzərNews.az “bu hadisə Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində hansı problemləri göstərir?” sualı ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.

E.Hüseynov bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 25 may, 2022-ci il tarixli Fərmanı var:

“Fərmanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması şərtləri müəyyən olunub. Yəni, bina tikən tərəf istehlakçıya 2 hesab verməlidir ki, o, hesablardan biri də ƏDV-nin ödənilməsinə dair hesab olmalıdır”.



E.Hüseynov qeyd edib ki, istehlakçıların mənzil alan zaman MTK-lara nağdsız ödənişləri və ƏDV-nin geri qaytarılma məsələsi həm əhalinin sosial müdafiəsinə yönəlmiş əhəmiyyətli qərar, həm də nağdsız ödənişlərin stimullaşdırılmasına doğru yönəlmiş mühüm bir addımdır:

“Bu çox əhəmiyyətli məsələdir. Bununla bağlı Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olur. Mənzil alan vətəndaş ödənişini MTK-nın ona verdiyi bir hesaba ödəyibsə, artıq ƏDV-nin geri alınması yalnız məhkəmə yolu ilə həll oluna bilər. Bu kimi məsələlər geniş ictimailəşdirilməli, Cənab Prezidentin yuxarıda qeyd etdiyim Fərmanı təbliğ olunmalıdır. Təəssüf ki, bina tikintisi ilə məşğul olan bəzi MTK-lar bu Fərmanın gizlədilməsi üçün hər cür yollara əl atır. Əlbəttə ki, bu kimi hallar yolverilməzdir. Belə hallarla qarşılaşan istehlakçılar ətraflı məlumat almaq üçün Azad İstehlakçılar Birliyi ilə əlaqə saxlasınlar”.

Qeyd edək ki, “Avant Qrup” MTK-nın qaimə-fakturadan imtina ilə bağlı sakinlərə verdiyi cavab məktublarında hər bir mənzilin dəyərinə görə vergiyə nə qədər ƏDV ödədiyi xüsusi vurğulanır. Lakin Dövlət Vergi Xidməti bütün bunları nəzərə almır.

İsmayıl Rəhimoğlu
XəzərNews.az



Xəbər 1673 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +