Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


11.08.2023  10:17 

İcra başçıları məzuniyyətdən geri çağırıldı





A+  A-

Azərbaycanda bütün rayon-şəhər icra hakimiyyətlərinin başçıları Prezident Adminstrasiyasından gələn təlimat əsasında məzuniyyətdən geri çağırılıb. Onlar avqustun 15-dən etibarən işə çıxmalıdırlar, çünki vacib dövlət tədbirinin həyata keçirilməsinə hazırlıq başlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya məlumat verən mənbə bildirib ki, payızda ölkədə Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsi planlaşdırılır. Məlumata görə, hazırlanan layihədə icra, qanunverici hakimiyyət sistemində bir sıra mühüm dəyişikliklərin aparılması yer alıb.

Belə ki, yerli icra hakimiyyətlərinin ləğv olunacağı, onları 14 iqtisadi zona üzrə Prezidentin Xüsusi nümayəndələrinin əvəz edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanda əksər dövlət qurumlarının rayonlar üzrə yerli şöbələri ləğv edilərək onların səlahiyyətləri regional idarələrə verilib.

Nəticədə, yerli icra hakimiyyətləri demək olar ki, səlahiyyətsiz qalıb, hökumətin məqsədi bu qurumları da regional idarəçilik sistemi ilə əvəzləməkdir.

Mənbə bildirib ki, referendumda ümumxalq səsverməsinə çıxarılacaq məsələlərdən biri də Milli Məclisin tərkibinin genişləndirilməsi, iki palatalı parlament institutunun yaradılmasıdır. Belə ki, 151 nəfərdən ibarət olacaq aşağı palata, regional təmsilçilik əsasında yuxarı palata-Senatın formalaşdırılması nəzərdə tutulub.

Məlumata görə, layihədə Nazirlər Kabinetinin ləğv olunması, vitse-prezidentlik institunun gücləndirilməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, habelə seçki sisteminin dəyişdirilməsi kimi məsələlər də yer alıb.

Mənbəmiz xüsusi ilə qeyd edib ki, parlament seçkilərinin proporsioanl qaydada keçirilməsi də təkliflər sırasındadır. İlin əvvəlindən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, onun tələblərindən irəli gələrək, Ədliyyə Nazirliyinin apardığı proses də proporsional seçki sisteminə keçidin tərkib hissəsidir.

Xatırladaq ki, Azərbaycanda bundan əvvəl 2000-ci ildə, 2009 və 2016-ci illərdə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.

Xəbər 2785 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +